image-n1karobka_ads
image-123
image-20221010_gaf_u55_207-pic_32ratio_900x600-900x600-45287backend

Macarıstan Aİ-nin Ukraynanı maliyyələşdirmə planlarını şərh edib

Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt Ukraynaya yardım paketinin ayrılması ilə bağlı Aİ-nin şantajına boyun əyməyəcək.

O, bu barədə sosial şəbəkələrdə məlumat verib.

“Macarıstan şantajlara boyun əyməyəcək! Bu məlumat Macarıstan hökumətinin uzun müddətdir dediklərini təsdiqləyir: Brüssel siyasi təzyiq göstərmək üçün Aİ fondlarından istifadə edir”, – Boka yazıb.

Boka bu sözlərlə Avropa Birliyinin Ukrayna iqtisadiyyatının və hərbi xərclərinin maliyyələşdirilməsinə qarşı çıxan Budapeştə qarşı iqtisadi təzyiq planlarını şərh edib. Aİ fevralın 1-dən əvvəl Budapeşti Ukraynanın maliyyələşdirmə layihəsinə vetosunu ləğv etməyə məcbur etmək üçün Avropa qurumlarından maliyyə asılı olan Macarıstan iqtisadiyyatını sabotaj etməyə hazırlaşır.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki