Avropa Komissiyasının Aİ-də birgə qərarlar qəbul edərkən Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün heç bir əsası yoxdur.
Bunu ölkənin baş naziri Viktor Orban deyib.
“Aİ-nin əsas müqaviləsinin yeddinci maddəsinə əsasən, qanunun aliliyinin pozulması təhlükəsi yaranarsa, proses başlana bilər. Amma Avropa Komissiyasının özü indicə Macarıstanın hüquq sisteminin yaxşı olduğunu söylədi”, – Orban 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Baş nazir bir gün əvvəl Macarıstanın “bütün Aİ ölkələrinin ən son və müsbət qiymətləndirilmiş hüquq sisteminə” sahib olduğunu tanıyan sənəd aldığını söyləyib.
Mənbə: A Haber