image-ads_n1karobka_mobile
image-a19088d421190343b051912e74952d673b554fde-pic_32ratio_1200x800-1200x800-95464backend

Macarıstan prezidenti Ukraynadakı münaqişəyə son qoymağın yolunu göstərib

Macarıstan prezidenti Katalin Nowak bildirib ki, beynəlxalq ictimaiyyət yalnız Rusiya Federasiyası ilə dialoq aparacağı təqdirdə Ukraynadakı münaqişənin həllinə nail ola biləcək.

O, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Amerikanın CNBC teleşirkətinə müsahibəsində bildirib.

Macarıstanın dövlət başçısı bildirib ki, əsas və son dərəcə çətin məsələ “sülhə gedən yol tapmaqdır”. O qeyd edib ki, Rusiya və Ukraynanın iştirakı olmadan sülh danışıqlarına nail olmaq mümkün olmayacaq.

“Düşünürəm ki, Rusiya ilə danışmadan və onu danışıqlar masasına oturtmağa çalışmadan biz uğur qazana bilməyəcəyik”, – deyə siyasətçi davam edib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki