image-n1karobka_ads
image-123
image-upload-shutterstock_2162376803-pic_32ratio_900x600-900x600-4396backend

Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının altı ay gecikdirilməsini tələb edib

image-ad_qayo_720x110px

Ukraynanın Aİ üzvlüyünə hazırlanması ilə bağlı qərar altı ay təxirə salınmalı və Avropa İttifaqından Kiyevə hər hansı yardım onun büdcəsindən gəlməməlidir.

Financial Times xəbər verir ki, bu fikri Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka deyib.

“Nazir Yanoş Boka nəşrə bildirib ki, Macarıstan israr edir ki, Ukraynaya hər hansı yardım Aİ-nin birgə büdcəsindən gələ bilməz və üzvlük danışıqları ilə bağlı qərar iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərə qədər gözləməlidir”.

Boka onu da əlavə edib ki, Macarıstan prinsiplərə əsaslandığı üçün bu mövqedən əl çəkmək niyyətində deyil.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki