image-2000x150px
image-123
image-ads_atlas
image-dim-a-1612340324backend

Magistraturaya qeydiyyat bu gün başa çatır

image-728x90px

İyulun 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi başa çatır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses bu gün saat 23:59-dək davam edəcək.

Bakalavrlar platformada qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki