Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və Kiyev qarşıdakı həftələrdə təhlükəsizlik zəmanəti ilə bağlı saziş imzalayacaq.
TASS bu barədə Makronun Yelisey sarayında keçirdiyi mətbuat konfransına istinadən xəbər verir.
Dövlət başçısının sözlərinə görə, NATO-nun Vilnüs sammitindən sonra elan edilmiş öhdəliklərə uyğun olaraq, Fransa və Ukrayna arasında təhlükəsizlik təminatlarının elementlərini özündə əks etdirən ikitərəfli saziş yaxın həftələrdə hazır olacaq.
Bundan əlavə, Makron fevral ayında Kiyevə səfəri zamanı Fransa silahlarının Ukraynaya yeni tədarükünün razılaşdırılacağını bildirib.
Mənbə: TASS