image-n1karobka_ads
image-123
image-putin_makron-1backend

Makron Putinin yaxın həftələrdə dialoqa hazır olduğunu açıqladı

image-ad_qayo_720x110px

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə söhbətin yaxın həftələrdə baş tuta biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, Makron “France 2” televiziyasına açıqlamasında deyib ki, Putinlə ünsiyyət prosesi qurmaq vacibdir.

RİA Novosti onun sözlərini sitat gətirir: “Hazırda təmasların yenidən təşkili prosesi gedir və bu, yaxın həftələrdə baş tutmalıdır. Məqsəd Ukraynanın təslim olması olmadan sülhdür”.

Fransa lideri daha əvvəl Avropa ölkələri ilə Rusiya arasında bütün tərəfləri qane edəcək danışıqlar formatının tapılmasının vacibliyini vurğulamışdı.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə Putinin Makronla dialoqa hazır olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki