image-n1karobka_ads
image-123
image-makronbackend

Makron Yeni il çıxışında Rusiya haqqında sərt danışıb

Fransa prezidenti Emmanuel Makron yeni il müraciətində Rusiya və Ukraynadakı münaqişə ilə bağlı sərt açıqlamalar verib.

Bu barədə TF1 telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, 2024-cü ilin iyununda Avropa Parlamentinə seçkilər keçirilərkən fransızlar Avropanın suverenliyini gücləndirmək üçün çıxış etməlidirlər.

“Onlar Rusiyanı dayandırmaq və Ukraynanı dəstəkləmək və ya avtoritar qüvvələrə təslim olmaq arasında seçim etməlidirlər” dedi Makron.

Fransızlar prezidentin bu müraciətini tənqid ediblər. Şərhlərdə ölkə sakinləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini dəstəkləməyə, Rusiyanı təxribata çəkməməyə çağırıblar.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki