image-n1karobka_ads
image-123
image-7-pic_32ratio_900x600-900x600-99959backend

Mbappe PSJ-də böyük bonusdan imtina etdi

image-ad_qayo_720x110px

RMC Sport xəbər verir ki, PSJ-nin fransız hücumçusu Kilian Mbappe Fransa klubunda müqaviləsinə əsasən qazanmalı olduğu 80 milyon avrodan imtina edib.

Bu qərarın təşəbbüskarı futbolçunun özü olub. O, yəqin ki, öz hərəkətləri ilə pulu birinci yerə qoymadığını göstərmək istəyir.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna keçid heç vaxt baş tutmadı.

Bu mövsüm Mbappe Liqa 1-də 11 matçda iştirak edib və 13 dəfə fərqlənməyi bacarıb.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki