Argentina millisinin hücumçusu Lionel Messi milli komandalarda ötürmələrin sayına görə tarixi rekordu təkrarlayıb.
O, bir gün əvvəl DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə matçda (1:0) ötürmə edib. Bu, onun millidə 58-ci ötürməsidir.
ABŞ millisindən rekordçu Lendon Donovan da eyni rəqəmə malikdir.
Bundan əvvəl Argentina və Paraqvay milliləri arasında keçirilən oyunda Messinin hakimi təhqir etdiyi məlum olub.
DOĞRU.AZ