image-2000x150px
image-vaz0bthgvwtjayqge7cqo0wuokvvibviamx6r0oqbackend

Meyvəçilik və Çayçılıq Elmi – Tədqiqat İnstitutunda Estoniya şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

image-728x90px

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda estoniyalı mütəxəssislərlə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

İnstitutun direktoru İlham Qaraqurbanlı “Systemseparation MMC” şirkətinin rəhbəri İndrek Vaasma ilə görüşdə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun fəaliyyəti, icra olunan yeni layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Qonağın diqqətinə çatdırılıb ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Yeni biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Estoniyalı mütəxəssislərə Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ” haqqında da məlumat verilib. Bildirilib ki, ilk dəfə icra olunan bu layihədə 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir, aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.

Görüşdə fenoloji aktiv maddələrin tətbiqinin nəticələri də müzakirə edilib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki