Britaniya kəşfiyyat xidməti MI6-ya ilk dəfə qadın rəhbər gətirilib.
Doğru.az xəbər verir ki, The Times nəşrinin məlumatına görə, 48 yaşlı Blaze Metreveli oktyabrın 1-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Bununla da o, yalnız MI6-ya rəhbərlik edən ilk qadın deyil, həm də qurumun tarixində ən gənc rəhbər olub.
Qeyd edək ki, bu yaxınlarda da tarixdə ilk dəfə bir qadın – Marina Starovoitova nüvə buzqıran gəmisi “Yamal”ın kapitanı təyin edilmişdi.
DOĞRU.AZ