Bu gün Misli Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək.
Doğru.az xəbər verir ki, saat 15:00-da “Araz-Naxçıvan” “Turan Tovuz”la, saat 17:30-da isə “Zirə” “Qəbələ” ilə qarşılaşacaq.
Oyun cədvəli və hakimlər:
22 noyabr, 15:00 – “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Stadion: Liv Bona Dea Arena
22 noyabr, 17:30 – “Zirə” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Stadion: Zirə İdman Kompleksi
Qeyd edək ki, XII turun ötən gün keçirilən oyunlarında “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. Tur noyabrın 23-də iki görüşlə yekunlaşacaq.
DOĞRU.AZ




























