image-n1karobka_ads
image-123
image-upload-ria_8394865-pic_32ratio_900x600-900x600-65247backend

Mişustin Çinə səfər edəcək və Si Cinpinlə görüşəcək

Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edəcək və orada Çinin sədri Si Tsinpin və Dövlət Şurasının baş naziri Li Çianqla danışıqlar aparacaq.

TASS bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.

“2023-cü il dekabrın 19-20-də Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çin tərəfi ilə əldə olunmuş razılığa əsasən, Çinə səfər edəcək”, – deyə mətbuat xidmətindən bildirilib.

Plana görə, iki ölkənin hökumət başçılarının 28-ci növbəti görüşü Pekində keçiriləcək. Gözlənilir ki, Si Cinpin və Li Qianqla danışıqlar zamanı humanitar və regionlararası mübadilələrə xüsusi diqqət yetirilməklə Rusiya-Çin münasibətlərinin inkişafı müzakirə olunacaq.

Tərəflər ticarət əməkdaşlığının genişləndirilməsinə və birgə iri layihələrin təşviqinə xüsusi diqqət yetirəcəklər. Bir sıra sənədlər, o cümlədən birgə kommünike imzalanacaq.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki