Moldova hökuməti ölkənin de-oliqarxizasiyası planını təsdiqləyib ki, bu da Avropa Komissiyasının (AK) Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün verdiyi 9 tövsiyədən biridir.
TASS bu barədə prezidentin mətbuat xidmətinə istinadən yazır.
“İclasda şəxsi maraqların iqtisadi, siyasi və sosial həyata həddindən artıq təsirinin məhdudlaşdırılması planı (deoliqarxizasiya planı) təsdiq edilib”, – məlumatda deyilir.
O, qanunvericilik bazasındakı boşluqların aradan qaldırılmasını, habelə dövlət resurslarından fərdi şəxslərin maraqları naminə istifadə edilməsinə imkan verən əməli nöqsanların aradan qaldırılmasını nəzərdə tutur.
Mənbə: TASS