Moldovanın baş naziri Dorin Recean bildirib ki, Ukrayna ilə sərhəddə aşkarlanan pilotsuz təyyarənin qalıqları yerli sakinlər üçün təhlükə yaratmır.
Bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır. O, əmin edib ki, hakimiyyət ictimai təhlükəsizliyi təmin edir və yerli sakinlər üçün heç bir risk yoxdur.
Bir gün əvvəl Moldovanın cənubunda Ukrayna ilə sərhədə yaxın Vulkanesti bölgəsində Şahed pilotsuz təyyarəsinin qalıqları tapılıb.
Mənbə: Sputnik