image-2000x150px
image-123
image-ads_atlas
image-1631470187_1631470090_1602839414319263514_1200x630backend

“Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq” – NAZİR

image-728x90px

Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq.

Doğru.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər:

“Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki