Supermodel Naomi Kempbell karyerasının zirvəsində spirtli içki və narkotikdən sui-istifadə etdiyini etiraf edib.
Modelin müsahibəsindən fraqmentləri Page Six nəşr edib.
“Apple TV+” sənədli filmində “Supermodellər”də Naomi Kempbell uşaqlıq travmasının və yaxın dostu, dizayner Canni Versaçenin itkisinin öhdəsindən gəlmək üçün kokainə müraciət etdiyini etiraf edib.
“Uşaqlığımla bağlı çoxlu problemlərim var. Kədərimi unutmaq üçün kokaindən istifadə etməyə başladım. Fikirləşdim: “Ah, bu yara sağalacaq”. Amma bu doğru deyil. Asılılıq daha da qorxu və narahatlığa səbəb ola bilər”, – model bildirib.
Modelin dediyinə görə, o, 5 il aludəçiliyi ilə mübarizə aparıb və hətta 1999-cu ildə fotosessiya zamanı huşunu itirib. Bu hadisədən sonra o, reabilitasiya mərkəzinə getməli olduğuna qərar verdi.
Mənbə: Haberler.com