Sərfəli mobil operator “Nar” “Çoox Şanslı” lotereyası çərçivəsində daha bir abunəçisini sevindirib.
Doğru.az xəbər verir ki, son tirajda “Haval H6 Ultra” avtomobilinin sahibi Elmira Ağabəyova olub. Qalib böyük sevinclə avtomobilinin açarlarını təhvil alıb.
Bununla yanaşı, lotereyada daha üç abunəçi – Yalçın Rüstəmli, İbrahim Səfərov və Mehparə Hümbətova “Xiaomi Redmi Note 14 Pro” smartfonu qazanıblar. Hədiyyələr qaliblərə canlı yayımda təqdim edilib.
Qaliblər tam təsadüfi seçim əsasında müəyyən olunur. “Çoox Şanslı” lotereyası ilin sonunadək davam edəcək. Bu müddət ərzində abunəçilər hər gün “Xiaomi Redmi Note 14 Pro”, hər həftə “Haval H6 Ultra” və finalda isə “Li L9 Ultra” avtomobilini qazanmaq şansı əldə edirlər.
İştirak qaydaları sadədir: “Nar” abunəçiləri balanslarını artırmaqla və ya şanslı paketləri aktivləşdirməklə lotereyada iştirak edə bilirlər:
1 AZN – 3 şans + 15 şəbəkədaxili dəqiqə (*71#YES)
2 AZN – 7 şans + 35 şəbəkədaxili dəqiqə (*72#YES)
3 AZN – 12 şans + 55 şəbəkədaxili dəqiqə (*73#YES)
Hər balans artımı və ya paket aktivləşməsi əlavə şans yaradır.
Toplanan şansların sayı və iştirak statusu “Nar+” tətbiqində və nar.az saytının lotereya bölməsində yoxlanıla bilər.
Hazırda 2,2 milyon abunəçisi olan “Nar” son 6 ilin Müştəri Loyallığı İndeksinə əsasən ölkənin lider mobil operatorudur.
DOĞRU.AZ




























