image-2000x150px
image-123
image-ads_atlas
image-nocomment_e6d959522b1d10c18ff1fcef888065bd_8rtcogeuz3xay9m7fspqbackend

Nazirlikdən valideynlərin vaksin vurdurması tələbi ilə bağlı – AÇIQLAMA

image-728x90px

Təhsil Nazirliyi valideynlərin vaksinasiyadan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Doğru.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov feysbuk hesabında bildirib ki, son vaxtlar onlara sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar.

“Məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi?

Cavab budur ki xeyr, verilməyib.

Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik.

Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!?

Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki