Norveç hökuməti ölkəyə daxil olan Ukrayna vətəndaşlarının sayını məhdudlaşdırmaq və qaçqınların qəbulu ilə bağlı yeni qaydalar tətbiq etmək qərarına gəlib.
Bu barədə hökumətin rəsmi saytında məlumat verilib.
Bundan sonra Norveçə gələn, qaçqınların qəbulu mərkəzlərində deyil, təkbaşına yaşamağa qərar verən ukraynalılar artıq dövlətdən maddi yardım ala bilməyəcəklər. Bundan başqa, Norveç hakimiyyət orqanları ukraynalı qaçqınların özləri ilə gətirdikləri ev heyvanlarını daha saxlamaq fikrində deyillər.
Hökumət həmçinin ukraynalılar üçün stomatoloji xidmətlərin sayını azaldacaq. Uşaqları olmayan evli cütlüklər üçün uyğunlaşma müavinətlərinin məbləği də azaldılacaq və uyğunlaşma proqramının özündə yeni müddətlər olacaq.
Mənbə: Haber Global