image-n1karobka_ads
image-123
image-depositphotos_18257809_xl-2015-pic905-895x505-59386backend

Norveç Rusiya ilə müharibəyə hazırlaşmağa çağırır

image-ad_qayo_720x110px

Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eirik Kristoffersen bildirib ki, Oslonun Rusiyanın mümkün təcavüzünə qarşı çıxmaq üçün hərbi gücünü artırmağa çox az vaxt qalıb.

O, bu fikri NTB-yə müsahibəsində bildirib.

Kristoffersenin sözlərinə görə, ölkənin silahlı qüvvələrinin “bir, iki, bəlkə də üç il davam edə biləcək” bir fürsət pəncərəsi var və bu müddət ərzində müdafiə xərcləri artırılmalıdır.

“Ancaq vaxtımız tükənir. Mən sadəcə bunu vurğulamaq istəyirəm. Üç ildən sonra Rusiyanın taleyinin necə olacağını bilmirik. Güclü milli müdafiəyə malik qeyri-müəyyən və gözlənilməz dünya ilə qarşılaşmaq bizim üçün vacibdir”, – deyə Norveç Baş Qərargah rəisi bildirib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki