ABŞ-ın Nyu-Meksiko ştatında neft emalı zavodunda baş verən partlayış və yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
Doğru.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bildirilir ki, yanğınsöndürənlər alovu söndürə bilməyənə qədər zavoddan qalın tüstü qalxıb və Arteziya şəhərinin bir neçə ərazisinə yayılıb.
Zavodun perimetri və yaxınlıqdakı ərazilərdə aparılan hava monitorinqi əhali üçün hər hansı təhlükə aşkar etməyib.
Qeyd olunur ki, sözügedən neft emalı zavodu Nyu-Meksiko ştatının ən böyük zavodu hesab edilir.
DOĞRU.AZ




























