Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqından böyük maliyyə yardımı almaq niyyətinə münasibət bildirib.
Doğru.az xəbər verir ki, Orban ukraynalıların təqdim etdiyi 800 milyard dollarlıq yeni qanun layihəsini “heyrətamiz məbləğ” adlandırıb. Onun sözlərinə görə, bu, Macarıstanın illik ÜDM-nin təxminən dörd qatına bərabərdir. Baş nazir Facebook səhifəsində qeyd edib ki, “Ukrayna homunkulusu yemək üçün dilənir”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin münaqişədən sonra yenidən qurulması üçün 800 milyard dollar cəlb etmək istədiyini açıqlamışdı. Orban vurğulayıb ki, Avropa Ukraynaya bu qədər yardım edərsə, bu, öz vətəndaşlarına mənfi təsir göstərəcək.
DOĞRU.AZ




























