“Vaşinqton Kapitals”ın rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) adi mövsümündə “Filadelfiya Flayers”lə görüşündə qol vurub.
Bu qol rusiyalının liqadakı 855-ci və mövsümün ikinci qoludur. Beləliklə, o, Ueyn Qretzkinin rekordundan (894) fərqi 39 qola endirib.
Vaşinqtonda (ABŞ) “Capital One Arena” stadionunda keçirilən görüş 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oveçkin əvvəllər demişdi ki, Gretzky həmişə onu dəstəkləyir və onun tərəfindədir.
DOĞRU.AZ