image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210622-wa0048backend

Pambıqçı fermerlər üçün təlim keçirilib

image-728x90px

İmişli və Agcabədi rayonlarında pambıqçı fermerlər üçün  Aqrar Xidmətlər Agentliyinin Respulika  Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri  tərəfindən “Pambıq bitkisinin xəstəlik və zərərvericiləri” mövzusunda təlim keçirilib.

Doğru.az Kənd təsərrüfatı nazirliyinə istinadən bildirir ki, təlimdə bölgənin 25-dən artıq pambıqçı fermeri iştirak edib. İştirakçılara aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, pambiq sovkasının biomorfoloji əlamətləri, zərəri, bu zərərvericiyə qarşı aparılan aqrotexniki, mexaniki, bioloji, kimyəvi, mübarizə tədbirləri, həmçinin tətbiq olunan kimyəvi preparatlar və işçi məhlulların hazırlanması barədə ətraflı məlumatlar verilib.

Təlim iştirakçıları İmişıi rayonun Qızılkənd kəndində pambıq tarlalarına səfər edərək həyata keçirilən aqrotexniki tədbirlərlə və zərərveriçilərə qarşı aparılan mübarizə tədbirləri ilə əyani  tanış olublar.

Tədbirin sonunda müzakirələr aparılıb, fermer və təsərrüfat rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Qeyd edək ki, pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Azərbaycan şəraitində aprelin sonlarında, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır.  Bu dövrdən sonra bütün vegetasiya ərzində oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Pambıq sovkasının  bir dişi kəpənəyi öz inkişafı dövründə  500-3000 civarında yumurta qoya bilir. Kəpənəyin yumurta qoyması 15-18 gün çəkir.  Polifaq  zərərverici olub,  Azərbaycanda 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki