“Real Titan”ın futbolçusu, 21 yaşlı Elar Qonzales Altamirano Peru Kuboku matçında qapıçı ilə toqquşub.
Infobae xəbər verir ki , insident Defensor Nueva Cajamarca ilə oyun zamanı baş verib. 70-ci dəqiqədə Elar qapının yaxınlığında topu kəsmək istəyərkən qapıçı ilə toqquşub.
Futbolçu huşunu itirib və özünə gələ bilməyib. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər Altamiranonu xilas edə bilməyiblər.
“Bizi böyük ağrı ilə tərk etdiniz. Bu çətin zamanda ailənizə dəstək olacağıq”, – klubun açıqlamasında deyilir.
Bundan əvvəl 18 yaşlı çinli futbolçu matç zamanı başına dizi vurularaq dünyasını dəyişmişdi.
DOĞRU.AZ