Polşanın xarici işlər naziri Radoslav Sikorski etiraf edib ki, İkinci Dünya Müharibəsində baş vermiş hadisələrə görə Berlindən Varşavaya təzminat ödənilməsi məsələsi bağlanıb.
RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Təəssüf ki, hüquqi mövqe ondan ibarətdir ki, təzminat almaq mümkün olmayacaq”, – nazir vurğulayıb.
O xatırladıb ki, Almaniyadan təzminat məsələsinə təşəbbüs göstərən əvvəlki Polşa hökuməti Berlinə verdiyi tələbdə “təzminat” sözünü qeyd etməyib və hətta Almaniyanın vəsaiti göndərməli olduğu hesabın nömrəsini də göstərməyib.