Polşanın keçmiş prezidenti Lex Valesa bildirib ki, onun məlumatına görə, ölkədə seçkilərdən sonra terror aktları hazırlanır.
Bu barədə o, Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Polşada hər şey seçkilərlə bitməyib. Məndə məlumat var ki, bir sıra tədbirlər, o cümlədən terror xarakterli tədbirlər planlaşdırılıb. Seçkilərdə uduzan tərəf hakimiyyəti əldən verməmək üçün hər şeyə qadirdir”, – deyə sabiq dövlət başçısı yazıb.
Walesa qeyd edib ki, o, gözlənilən cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarına bəyanat vermək niyyətindədir. O, ümid etdiyini bildirib ki, onlar “tez və effektiv” işləyəcəklər.
Mənbə: Haber Global