Rusiyaya məxsus İl-76 təyyarəsində olan ukraynalı hərbi əsirlərin siyahıları dərc edilib və müəyyən olunmuş qaydada Ukrayna tərəfinə çatdırılıb. TASS xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Bundan əlavə, o, Ukraynanın daimi nümayəndəsinin müavininin bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında çıxışını tənqid edib.
“Mən əslində Ukraynanın çıxışını şərh etmək niyyətində deyildim. Həmişə olduğu kimi, paranoid və xəyalpərəstdir. Sadəcə onu deyim ki, görünür, həmkarımın aldığı göstəriş yalan danışmağa və Kiyev rejimini sipər etməyə davam etmək idi”.
Mənbə: TASS