Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində aparılan tikinti işləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, bu yol ölkənin nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayır və regionlararası əlaqələrin möhkəmləndirilməsinə, eləcə də turizm və iqtisadi potensialın artırılmasına əhəmiyyətli töhfə verəcək.
Layihə çərçivəsində həyata keçirilən yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevə yolun texniki göstəriciləri, tikinti prosesinin hazırkı vəziyyəti və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib.
DOĞRU.AZ