image-2000x150px
image-123
image-ads_atlas
image-ap_19269624920925-pic905-895x505-26750backend

Prezident Salvador Bukele özünün və partiyasının seçkilərdə qalib gəldiyini bəyan edib

image-728x90px

Salvadorun hazırkı prezidenti Nayib Bukele ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandığını elan edib. Onun rəhbərlik etdiyi “Yeni Fikirlər” partiyası da parlament seçkilərində qalib gəlib.

Bu barədə TASS məlumat yayıb.

Bukelenin sözlərinə görə, o, prezident seçkilərində 85 faizlə qalib gəlib. Bundan əlavə, Yeni Fikirlər Partiyası ölkənin qanunverici orqanında 60 yerdən ən azı 58-ni qazanıb.

Bukele bu nəticələri “dünya demokratiyasının bütün tarixində rekord” adlandırıb.

Ölkənin Ali Seçki Tribunalı hazırda seçki məntəqələrinin məlumatlarını emal edir. Nəticələr yaxın saatlarda açıqlanacaq. Exit-poll nəticələrinə görə, ölkənin hazırkı prezidenti 87% səs toplayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki