image-n1karobka_ads
image-123
image-1753253797226162377_1200x630backend

Pul bazarında faizlər sabitdir – AZIR 7,15 faizə yüksəlib

image-ad_qayo_720x110px

Azərbaycan Mərkəzi Bankının (AMB) son açıqlamasına görə, pul bazarında qısamüddətli faizlərdə stabillik müşahidə olunur.

Doğru.az xəbər verir ki, təminatsız pul bazarında faizlər Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində hərəkət edir. AZIR indeksinin orta günlük səviyyəsi iyun ayında 7,03 faiz, iyulun ötən günlərində isə 7,15 faiz təşkil edib.

Məlumata görə, aprel ayından etibarən Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə müsbət təsir göstərməkdə davam edir.

Bu şəraitdə Mərkəzi Bank artıq likvidliyi əsasən 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR indeksini uçot dərəcəsinə yaxınlaşdırmağa çalışır.

2025-ci ilin ilk 6 ayında təminatsız bazarda əqdlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz, əqdlərin sayı isə 55 faiz artıb. Hazırda pul bazarında aktivlik yüksək olaraq qalır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki