“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Qəzza zolağındakı vəziyyəti bəşəriyyətin müasir tarixində ən dəhşətli hadisələrdən biri adlandırıb.
Doğru.az xəbər verir ki, Putin həmçinin BMT baş katibi Antonio Quterreşin sözlərini xatırladaraq Qəzzanı “ən böyük uşaq qəbiristanlığı” kimi qiymətləndirdiyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail Hərbi Dəniz Qüvvələri Qəzzaya humanitar yardım çatdırmaq və dəniz blokadasını yarmaq cəhdlərinin qarşısını almağa başlayıb.
DOĞRU.AZ