image-n1karobka_ads
image-123
image-ap756229392086-pic_32ratio_900x600-900x600-27566backend

Putin və Ərdoğan qaz qovşağının yol xəritəsini müzakirə edəcəklər

image-ad_qayo_720x110px

Türkiyədə qaz qovşağı layihəsinin Rusiya tərəfindən təklif edilən yol xəritəsi Rusiya prezidenti Vladimir Putinin respublikaya planlaşdırılan səfəri zamanı müzakirə olunacaq.

Bu barədə RİA Novosti-yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Türkiyə nümayəndə heyəti qaz qovşağının təfərrüatlarını müzakirə etmək üçün Rusiyaya səfərə gəlib. Tərəflər tədbirlər təqvimi hazırlayaraq işləri sürətləndirəcəklərini gözləyirdilər.

Agentliyin həmsöhbəti bildirib ki, bu layihə Rusiya və Türkiyə prezidentləri arasında gələcək danışıqların enerji gündəminin əsas bəndlərindən biridir. Görüş zamanı liderlər öz tapşırıqlarını verəcəklər.

Putinin Türkiyəyə səfərinin tarixi hələ açıqlanmayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki