image-2000x150px
image-123
image-ads_atlas
image-16-pic_32ratio_900x600-900x600-66589backend

Qadının göz qapağının aşağı düşməsi xərçəng əlaməti olaraq ortaya çıxır

image-728x90px

Həkimlər 46 yaşlı İşim (Tümen vilayəti) sakinində nadir rast gəlinən timus vəzinin şişi aşkar ediblər.

Bu barədə Tümen vilayətinin Səhiyyə İdarəsi məlumat yayıb.

Qadın göz qapağının sallanması şikayəti ilə oftalmoloqa müraciət edib. Timus vəzinin şişini aşkar edən nevropatoloqun müayinəsindən keçməsi tövsiyə olunub. İki həftəlik müalicədən sonra qadın Tümendə şişini götürüb, həmçinin şüa terapiyası kursu keçib.

“Xəstəxanaya daxil olduqdan sonra xəstəyə myastenik sindromun olub-olmadığını göstərən analiz verildi. Kompüter tomoqrafiyası da aparılıb və araşdırmalar nəticəsində ilkin mərhələdə timus vəzinin bədxassəli şişi aşkarlanıb”, – deyə 4 saylı (İşim) Rayon Xəstəxanasının nevroloji şöbəsinin müdiri Firuz Baxridinov bildirib.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki