image-n1karobka_ads
image-123
image-1757674599653024503_1200x630backend

“Qarabağ” azarkeşləri üçün Portuqaliyada 500 yer ayrıldı

image-ad_qayo_720x110px

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçiriləcək oyun üçün “Qarabağ” azarkeşlərinə stadionda 500 yer ayrılıb.

Ağdam klubundan verilən məlumata görə, “Benfika” stadionunda oynanılacaq matçın biletləri bu gün saat 15:00-da satışa çıxarılacaq.

Doğru.az xəbər verir ki, biletlər “iTicket.az” saytında onlayn satışda olacaq. Azarkeşlər vauçerlərini biletə dəyişməlidir. Biletlərin qiyməti 88 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki