image-n1karobka_ads
image-123
image-17592207752711520326_1200x630backend

“Qarabağ” azarkeşlərinə müraciət etdi

image-ad_qayo_720x110px

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçiriləcək II tur oyunundan öncə azarkeşlərinə müraciət edib.

Doğru.az xəbər verir ki, klub Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçı izləmək istəyən fanatlara arenaya erkən gəlməyi tövsiyə edib.

Bildirilib ki, bu, azarkeşlərin stadiona rahat daxil olmasına, sıxlıqdan yayınmasına və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında keçirməsinə imkan yaradacaq. Bu da futbolçular üçün əlavə motivasiya olacaq.

Məlumata görə, stadionun qapıları qarşılaşmaya 2 saat qalmış açılacaq, oyun başlayandan 20 dəqiqə sonra isə giriş məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də start götürəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki