image-n1karobka_ads
image-123
image-paj8izgghygsl4fprmxwaba0ktradp209xh2vz0a_1200backend

Qarabağ Bakıda tarixi qələbə qazandı

image-ad_qayo_720x110px

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ” möhtəşəm qələbə qazanıb. Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın “Kopenhagen” komandasını 2:0 hesabı ilə məğlub edib.

Doğru.az xəbər verir ki, bu tarixi uğur paytaxt Bakıda böyük sevinc və coşqu ilə qarşılanıb. Final fitindən dərhal sonra minlərlə azarkeş şəhərin mərkəzi küçələrinə toplaşaraq qələbəni bayram ediblər.

Əllərində üçrəngli bayraqlar daşıyan azarkeşlər sevincli şüarlar səsləndirib, möhtəşəm qələbəni milli birlik və qürur simvolu kimi qeyd ediblər.

Bu nəticə “Qarabağ”ın yalnız idman uğuru deyil, həm də ölkə futbolu üçün tarixi bir səhifə oldu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki