image-n1karobka_ads
image-123
image-17592954494182149897_1200x630backend

“Qarabağ” Çempionlar Liqasında “Kopenhagen”lə üz-üzə gəlir

image-ad_qayo_720x110px

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Doğru.az xəbər verir ki, Liqa mərhələsinin II turunda klub Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də başlayacaq və niderlandlı FIFA referisi Sərdar Gözüböyük tərəfindən idarə olunacaq.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib. “Kopenhagen” isə öz meydanında Almaniyanın “Bayer” klubu ilə 2:2 hesablı heç-heçə edib. Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki