image-n1karobka_ads
image-123
image-1752822095579070_1200x630backend

“Qarabağ” – “Şelburn” oyununun biletləri satışa çıxarılıb

image-ad_qayo_720x110px

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyunu üçün bilet satışı bu gündən başlayıb.

Doğru.az xəbər verir ki, Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, biletlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlarda yerləşmək və VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün isə biletlərin qiyməti 300 manatdır.

Biletləri aşağıdakı ünvanlardan əldə etmək mümkündür:

iTicket.az – onlayn satış

Park Bulvar – “Qarabağ” FK-nın Fan-şopu

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Qeyd edək ki, qarşılaşma “Qarabağ” klubunun Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki