image-2000x150px
image-123
image-ads_atlas
image-whatsapp-image-2021-04-28-at-13-23-39backend

Qarabağda qurulacaq ilk “Ağıllı kənd” layihəsinin görüntüsü yayımlanıb – VİDEO

image-728x90px

İşğaldan azad edilən ərazilərdə qurulacaq ilk “Ağıllı kənd”in layihə görünüşünün təqdimatı olub.

Kənd Təsərrüfatı Nazirliyindən “Doğru.az“-a verilən məlumata əsasən, Zəngilan rayonun Ağalı kəndində icra ediləcək layihənin maketi videogörüntü şəklində yayımlanıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir:

“Layihənin icrası, əsasən, beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq”.

Nazir əlavə edib ki, bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq:

“Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək”.

O qeyd edib ki, layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki