image-n1karobka_ads
image-123
image-17651835586472849783_1200x630backend

“Qarabağın dirçəlişi” kitabının təqdimatında: Veysəloğlunun dəstəyi mühüm rol oynayıb

image-ad_qayo_720x110px

“Veysəloğlu” Şirkətlər Qrupunun Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı öz nəticələrini verib. Azərbaycanda özəl sektorun etdiyi ianələr ümumi işə mühüm töhfə olub.

Doğru.az xəbər verir ki, bu barədə Şirkətlər Qrupunun Baş icraçı direktoru Aydın Talıbov Qarabağ Dirçəliş Fondunun sifarişi ilə britaniyalı yazıçı Qrem Vilson tərəfindən yazılan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabının təqdimatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, min illər əvvəl əcdadlarımızın göstərdiyi qəhrəmanlıqlar sənədləşdirilmədiyi üçün tarixdə boşluqlar yaranıb:
“Azərbaycan Qarabağ savaşı ilə böyük bir tarix yazdı, bütün Qafqazın tarixini dəyişdi. Bu gün biz əcdadlarımızın vaxtilə buraxdığı boşluğu doldurur, bu tarixi sənədləşdirərək kitab halına salırıq. Tarixi yaratmaq, zəfər çalmaq nə qədər önəmlidirsə, onu sənədləşdirmək də ən azı zəfərin özü qədər vacibdir”, – deyə Aydın Talıbov qeyd edib.

Kitabda Qarabağın yenidən qurulması, iqtisadi inkişafı, sosial layihələr və Azərbaycanın tarixi zəfərinin beynəlxalq baxışdan təqdimatı öz əksini tapır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki