image-2000x150px
image-123
image-ads_atlas
image-pvx6isndusfkvykci4cwaojypdlx18xiwvdna9qbbackend

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin III Toplantısı keçirilib – FOTO

image-728x90px

Qazaxıstanda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı nazirlərinin III toplantısı keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov toplantıda iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyindən “Doğru.az“a bildiriblər ki, Qazaxıstanın kənd təsərrüfatı naziri Aidarbek Saparov və TDT-nin Baş katbi Kubanıçbek Ömüralıyevin sədrliyi ilə keçirilən toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Aidarbek Saparov TDT ölkələri arasında aqrar sahədə ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, TDT ölkələrinin iqtisadi, aqrar potensialı, investisiya imkanları, həyata keçirilən islahatlar və mövcud nəqliyyat-logistika infrastrukturu əməkdaşlığın genişləndirilməsinə imkan verir. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini deyən Məcnun Məmmədov ölkəmizin həyata keçirdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinin TDT ölkələri arasında qarşılıqlı ticarət əlaqələrinin inkişafına töhfəsi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, TDT ölkələrinin kənd təsərrüfatı məhsullarına ehtiyacları müəyyənləşdirilməli, bu məhsullara tələbat əsasən təşkilata üzv ölkələr hesabına təmin edilməlidir. Nazir Məcnun Məmmədov TDT brendi altında birgə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə bağlı pilot layihəyə başlanılmasını, təşkilat daxilində ümumi kənd təsərrüfatı sığortası sisteminin tətbiqi imkanlarının araşdırılmasını təklif edib.

M. Məmmədov Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Toplantıda işğaldan azad edilən ərazilərimizdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.

Nazirlər Toplantısında müasir çağırışlar fonunda məhsuldarlığın artırılması və dayanıqlı inkişafa nail olunması üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin paylaşılması sahələrində əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Əvvəlcədən müəyyən edilən meyarlar əsasında 2024-cü ilin sentyabrından etibarən Qazaxıstanın Taraz şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı elan olunub. TDT kənd təsərrüfatı nazirlərinin növbəti toplantısının Qırğızıstanda keçirilməsi barədə razılıq əldə edilib.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı nazirlərinin III toplantısının Yekun Bəyannaməsi qəbul olunub.

Toplantı çərçivəsində, həmçinin Təşkilata üzv dövlətlərin, müşahidəçi ölkələrin dövlət qurumları və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələrinin iştirakı ilə Türk Dövlətlərinin III Aqrobiznes Forumu keçirilib. Eyni zamanda, toplantı iştirakçıları “KazAgroJambyl-2024” beynəlxalq kənd təsərrüfatı forumu çərçivəsində təşkil olunan sərgiyə baş çəkiblər.

Nazir Məcnun Məmmədov səfər çərçivəsində Qazaxıstanın və Özbəkistanın kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər də keçirib. Görüşlərdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

DOĞRU.AZ

image-17110128071416026110_1200x630 image-17110128075794514530_1200x630 image-17110128072451435554_1200x630 image-1711012807213054902_1200x630 image-171101280769993639_1200x630 image-17110128073069542734_1200x630 image-17110128075070415388_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki