Qazaxıstanın yeni baş naziri Oljas Bektenovun təyin olunması Rusiya üçün müsbət qərardır, çünki onun hökumətə rəhbərlik etməsi respublikanın Moskva ilə münasibətlərini dəyişməyəcək.
Bu fikri “İnterfaks”a müsahibəsində Siyasi Texnologiyalar Mərkəzinin birinci müavini Aleksey Makarkin deyib.
“KTMT və Aİİ çərçivəsində münasibətlərin davam etdirilməsi kursu davam edəcək. Həm köhnə, həm də indi yeni baş nazirin dövründə vəziyyət bunun Qazaxıstan üçün faydalı olduğunu göstərir”, – o qeyd edib.
Politoloqun fikrincə, bu, digər məsələlərlə yanaşı, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin 2022-ci ilin əvvəlində hakimiyyəti qoruyub saxlaya bilməsində KTMT-nin rol oynaması sayəsində mümkün olub.
“Bektenovun təyinatının səbəbləri daxilidir və bunun Rusiya ilə münasibətlərə necə təsir edəcəyi dövlət başçısının siyasətindən asılı olacaq”, – Makarkin izah edib.