image-ads_n1karobka_mobile
image-ria_3149368-pic_32ratio_900x600-900x600-90381backend

Qırğızıstan prezidenti ABŞ-ı respublikanın işlərinə qarışmamağa çağırıb

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, respublikada baş verən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

Bu barədə TASS məlumat yayıb.

“Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasın”, – deyə Cəfərov bildirib.

Bu bəyanat ABŞ dövlət katibi Entoni Blinkenin Qırğızıstan dövlətinin başçısına ünvanladığı mesaja cavabdır.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki