Qırğızıstan prezidenti Sadır Japarov Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyaya səfər edəcək.
Doğru.az xəbər verir ki, bu barədə Japarovun saytında məlumat verilib.
O, Kazanda keçiriləcək “Gələcək Oyunlar” beynəlxalq multi-idman yarışının rəsmi açılış mərasimində iştirak edəcək.
Tədbir çərçivəsində Japarov, Putin və Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov arasında ikitərəfli görüşlər keçiriləcək.
Görüşlər zamanı tərəflər əməkdaşlığın cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrində əməkdaşlığı müzakirə edəcəklər.
Mənbə: Lenta.ru