Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılacaq qızıl fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək göstəricisinə yüksəlib.
Doğru.az xəbər verir ki, Moskva vaxtı ilə saat 14:20-yə olan məlumata əsasən, qiymətli metalın bir troy unsiyası 3852,7 dollar təşkil edib.
Qeyd edək ki, BCS World of Investments-in birja eksperti Lyudmila Rokotyanskaya bundan əvvəl qızılın qiymətinin bir il ərzində 4000 dolları keçə biləcəyi barədə proqnoz vermişdi.
DOĞRU.AZ