Qızılın qiyməti bir unsiya üçün 3546 dollara yüksələrək yeni tarixi rekorda imza atıb.
Doğru.az xəbər verir ki, kotirovkaların artması ABŞ-da faiz dərəcələrinin azaldılması və fond, borc bazarlarında satışların ardınca müdafiə aktivlərinə tələbin artması ilə izah olunur.
Bloomberg-in məlumatına görə, metal son altı ticarət sessiyasında 5%, ilin əvvəlindən isə üçdə birdən çox bahalaşıb. Gümüş də 2011-ci ildən bəri ilk dəfə bir unsiya üçün 40 dolları keçərək artmaqda davam edir.
Sravni maliyyə bazarının analitiki Aleksey Lossan daha əvvəl qızıl qiymətlərindəki sabit yüksəlişin bir-birini gücləndirən bir neçə əsas amillə bağlı olduğunu bildirib.
DOĞRU.AZ