image-2000x150px
image-123
image-ads_atlas
image-w_16171213023835317635_1200x630backend

Qobustan qayaları – tariximizin daş yaddaşı – FOTOREPORTAJ

image-728x90px

Hər daşın altında bir tarix yatır…

Qobustan qayaları təkcə daşların altında deyil, üstündə də qədim və zəngin tarix yatdığının bariz nümunəsidir. Tariximizin daş yaddaşı adlandırılan bu qayaüstü təsvirlərdə nələr yoxdur?

Sivilizasiyanın ən qədim mərkəzlərindən olan daş kitabələr min-min illər əvvəl yaşamış babalarımızın həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti, adət-ənənələrindən soraq verir. Atlı, eləcə də piyadaların ov səhnələri, döyüş süjetləri, kollektiv əmək, əkin-biçin və qadınların ocaq başında təsvir olunduğu rəsmlər…Müasir “Yallı” xalq rəqsini xatırladan tək və qrup şəklində mərasim rəqs təsvirləri… Yerə döşənmiş daşların sirri hələ indiyədək heç kəsə məlum deyil.

Bəlkə də ibtidai insanın dünya ilə ilk təmasının başlandığı və sivilizasiyanın beşiyi hesab olunan yerlərdən biridir. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlərlə dolu dünya bura qədəm basan hər kəsi heyrətləndirir…

Dünya miqyaslı tarixi abidə olan Qobustan qayaları AZƏRTAC-ın fotomüxbiri Aydın Oqtayoğlunu da heyrətləndirib və o, öz heyrətini kameranın yaddaşına köçürüb.

Baxdıqca heyrətlənməmək, heyrətləndikcə xəyalən uzaq illərin arxasına baş vurmamaq, tarixi keçmişimizi, əcdadlarımızı xatırlamamaq və qürur duymamaq mümkün deyil. Bu, bizim keçmişimizi, tariximizi, milli-mədəniyyətimizi bu günə daşıyan və dünyanın mədəniyyət xəzinəsinə daxil olan daş yaddaşımızdır.

DOĞRU.AZ

image-w_1617121302384665954385_1200x630image-w_1617121302384962920852_1200x630image-w_161712130238534282211_1200x630image-w_1617121328773173752803_1200x630image-w_1617121328772221421640_1200x630image-w_1617121302382662256630_1200x630image-w_161712130238842864876_1200x630image-w_1617121302383724130208_1200x630image-w_1617121302383670916511_1200x630image-w_1617121302381247233028_1200x630image-w_1617121302382843627867_1200x630image-w_1617121302385618912248_1200x630image-w_1617121302384723741785_1200x630image-w_1617121302383066855265_1200x630image-w_1617121302381519926920_1200x630image-w_161712130238343391833_1200x630image-w_1617121302382570764080_1200x630image-w_161712130239803248376_1200x630image-w_1617121302382191056921_1200x630image-w_1617121302394762114085_1200x630image-w_161712130239485112717_1200x630image-w_1617121302391810821368_1200x630image-w_1617121302393601425619_1200x630image-w_1617121302393601425619_1200x630image-w_1617121302394573441479_1200x630image-w_161712130239362807344_1200x630image-w_1617121302392237411937_1200x630

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki